Əlaqə Arxiv
news Image
2014.04.04
16:44
| A A A
İnternetdə seks xidməti təklif qadınlarla bağlı daha bir ŞOK
Mətanət Əzizova: "Cinsi yaxınlıq etmək istəyənlərlə bu xidməti göstərdikdən sonra həmin qadınlar kişini şantaj edərək polis çağırmaqla hədələyirlər ki, güya onları zorlayıblar" Müxtəlif tanışlıq saytlarında intim təklif üçün əlaqə nömrəsi qoyan qadınlar əksər hallarda kişilərdən şantaj yolu ilə külli miqdarda pul alırlar. Bu sözləri Movqe.az-a açıqlamasında "Qadın Krizis Mərkəzi"nin rəhbəri Mətanət Əzizova bildirib ki, bu qadınlar çox vaxt kişiləri öz evlərinə dəvət edərək mənzillərində intim xidmət göstərmək üçün razılaşırlar: " Həmin qadınlar çılpaq şəkillərini "odnoklassniki.ru" və başqa saytlara yerləşdirərək kişiləri ehtirasa  gətirən foto yerləşdirirlər. Eyni zamanda nömrə də qoyurlar. Həmin nömrə ilə əlaqə saxlayaraq cinsi yaxınlıq etmək istəyənlərlə bu xidməti göstərdikdən sonra həmin qadınlar kişini şantaj edərək polis çağırmaqla hədələyirlər ki, güya onları zorlayıblar. Bu yolla kişilərin ciblərindəki son qəpiyi aldıqdan sonra buraxırlar.Odur ki, kişilər belə təkliflərə qarşı diqqətıi olmalı, onların tələsinə düşməməlidirlər".  

Qeyd edək ki, bu gün "Qafqazinfo.az" saytında da qadınları internet vasitəsilə tələyə salan qadınlarla bağlı yazı dərc olunub. Həmin qadınların tələsinə onlarla kişinin düşdüyü bildirilir. 

Sizin Reklam Yeriniz