Əlaqə Arxiv
news Image
2014.04.05
10:31
| A A A
Abituriyentlər musiqi müəllimliyi ixtisasına sənəd verə bilərlər
Ali təhsil müəssisələrinin musiqi müəllimliyi ixtisasına fortepiano, tar, kamança, qarmon, saz alətləri üzrə musiqi təhsili almış və bu barədə müvafiq sənədi (diplom və ya şəhadətnamə) olan abituriyentlər sənəd verə bilərlər.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat mərkəzindən ans press-ə daxil olan məlumata görə, bu ixtisas üzrə seçmə turda abituriyentlər musiqi təhsili aldığı alətdə müvafiq proqram ifa etməlidirlər.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin musiqi müəllimliyi ixtisasına fortepiano, skripka, tar, kamança, qarmon, saz alətləri üzrə musiqi təhsili almış və bununla bağlı müvafiq sənədi (şəhadətnamə) olan abituriyentlər sənəd verə bilərlər. 

Bu ixtisas üzrə seçmə turda abituriyentlər musiqi təhsili aldıqları alətdə müvafiq proqram ifa etməlidirlər.

Səhifənin qisa keçidi: (tqdk.gov.az)
Sizin Reklam Yeriniz