Əfqanlar prezident seçir
Bu gün Əfqanıstanda prezident seçkiləri keçirilir.
Movqe.az ans press-ə istinadən xəbər verir ki ,seçkilərdə
prezidentlik kürsüsü uğrunda 8 namizəd mübarizə aparır.
Namizədlərdən üçü seçkilərin favoriti sayılır. Bunlar keçmiş
maliyyə naziri Əşrəf Qəni, sabiq xaric işlər nazirləri Rəsul Zalmay
və Abdulla Abdulladır. 2001-cu ildə "Taliban" hərəkatının
devrilməsindən sonra prezident seçilən hazırki prezident Həmid
Kərzai isə, Əfqanıstan Konstitusiyasına uyğun olaraq, üçüncü
müddətə namizədliyini irəli sürə bilməz.
Bu gün Əfqanıstanda həmçinin bələdiyyə seçkiləri də keçiriləcək.
Seçkilər gücləndirilmiş təhlükəsizlik tədbirləri fonunda keçirilir. Təhlükəsizlik tədbirlərinə 400 minə yaxın polis və hərbçi cəlb edilib.