Əlaqə Arxiv
news Image
2014.04.05
15:03
| A A A
Vulkan püskürdü: sakinlər üçün təhlükə yarandı
Ekvadorda Tunquraua vulkanının püskürməsi əhali üçün təhlükə yaradıb. 

Movqe.az ans press-ə istinadən bildirir ki , ölkənin mərkəzi bölgəsində, paytaxt Kito yaxınlığında yerləşən vulkan 10 kilometr yüksəkliyə kül və tüstü püskürüb. Rəsmilərin sözlərinə görə, bu, vulkanın yaxın vaxtlarda lava püskürəcəyi ehtimalını artırıb. 

Vulkan fevralın əvvəllərindən fəallaşmağa başlayıb, ötən gün isə vulkanda güclü partlayış baş verib. 1999-cu ildən bəri fəal olan Tunquraua vulkanının risk yaradacağı təqdirdə, Kito sakinlərinin bir hissəsinin evakuasiyası istisna edilmir.
Sizin Reklam Yeriniz