Əlaqə Arxiv
news Image
2014.04.06
11:05
| A A A
Yay, payız və qışın Azərbaycana bu il gəlmə vaxtı açıqlanıb
Bu il yay, payız və qış fəsillərinin Azərbaycana gəlmə vaxtları açıqlanıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov açıqlamasında bildirib ki, 2014-cü il yay Azərbaycana iyunun 21-də Bakı vaxtı ilə saat 15:51 dəqiqədə daxil olacaq.

Payızın isə sentyabrın 23-ü Bakı vaxtı ilə 07:29 dəqiqədə ölkəmizə qədəm qoyacağını deyən X.Mikayılovun sözlərinə görə, həmin an Günəş payız bərabərliyi nöqtəsində olacaq: 

"Qış Azərbaycana dekabrın 22-si Bakı vaxtı ilə saat 03:03 dəqiqədə qədəm qoyacaq. Yayın və qışın daxil olmasına isə Günəş duruşu deyilir (Yay və Qış Günəş duruşu). İyunun 21-də Yay Günəş duruşunda olarkən yay, dekabrın 22-də isə Qış Günəş duruşunda olarkən qış fəsli Azərbaycana daxil olur".(APA)
Sizin Reklam Yeriniz