Əlaqə Arxiv
news Image
2014.04.06
12:11
| A A A
NATO-dan Rusiyaya daha bir zərbə
NATO-nun Parlament Assambleyası Rusiya parlamenti ilə əməkdaşlığın dayandırılmasına dair qərar qəbul edib. Movqe.az ans press-ə istinadən bildirir ki, müvafiq bəyanatla NATO-nun Parlament Assambleyasının prezidenti Hyu Beyli qurumun Riqada baş tutmuş toplantısından sonra çıxış edib. 

Qərar Ukraynadakı hadisələrlə və rusiyalı deputatların bu məsələ ilə əlaqədar mövqeyi ilə bağlıdır. Toplantıda həmçini Rusiya deputatlarının NATO-nun Parlament Assambleyasının tədbirlərində iştirakına qadağa qoyulmasına qərar verilib. 

Qeyd edək ki, bir neçə gün əvvəl NATO Rusiya ilə hərbi və mülki əməkdaşlığı dayandırdığını bəyan etmişdi.
Sizin Reklam Yeriniz