Əlaqə Arxiv
news Image
2014.04.06
15:07
| A A A
Qaçqın düşərgəsində toqquşma: 1 ölü, 25 yaralı
İordaniyanın Zaatari qaçqın düşərgəsində suriyalı qaçqınlarla yerli təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib.Movqe.az ans press-ə istinadən xəbər verir ki, Zaatari sakinlərinə istinadən verdiyi məlumata görə, toqquşma zamanı 1 qadın ölüb, onlarda adam xəsarət alıb. İordaniya güc strukturları qarşıdurma zamanı xəsarət alan 25 nəfərdən 22-nin polis əməkdaşı olduğunu bildirib. 

Associated Press agentliyinin yaydığı xəbərdə qarşıdurmanın 4 yaşlı suriyalı oğlanın iordaniyalı polisin idarə etdiyi avtomobilin altında qalmasından sonra başlandığı bildirilir. Hazırda uşağın xəstəxanada vəziyyətinin ağır olduğu bildirilir. 

Zaatari qaçqın düşərgəsinin sakinləri etiraz əlaməti olaraq, bir neçə çadırı və avtomobili yandırıb, polis isə onlara qarşı gözyaşardıcı qazdan istifadə edib. 

Qeyd edək ki, Suriyada 3 il əvvəl silahlı münaqişə başlayandan bəri ölkəsini tərk edən 9,5 milyon insanın yarım milyondan çoxu İordaniyada məskunlaşıb.


Sizin Reklam Yeriniz