Əlaqə Arxiv
news Image
2014.04.06
21:06
| A A A
Sabah hava necə olacaq?
Sabah Azərbaycan ərazisində hava yağmursuz keçəcək və temperatur yüksələcək. ANS PRESS-in Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, axşam bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir.Havanın temperaturu gecə 2-4 dərəcə, gündüz 10-15 dərəcə isti, Bakıda gecə 2-4 dərəcə, gündüz 12-14 dərəcə olacaq.

Azərbaycan rayonlarında hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gecə 1-6 dərəcə, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir. Aran rayonlarında aprelin 7-də havanın temperaturu gecə 3-8 dərəcə, gündüz 15-20 dərəcə isti olacaq.
Sizin Reklam Yeriniz