Əlaqə Arxiv
news Image
2014.04.06
22:36
| A A A
Bığ-saqqal yarışı (VİDEO)
Rusiyanın paytaxtı Moskvada keçirilən bığ və saqqal üzrə ölkə çempionatında yüzə yaxın saqqallı yarışırdı. Movqe.az ans press-ə istinadən xəbər verir ki ,hər cür saqqal ve bığa rast gəlinən bu yarışmada tamaşaçıların çoxu xanımlar idi. Müsabiqə iştirakçıları saqqal və bığlarının uzunluğundan çox onların görünüşünə görə, qiymətləndirilirdi. Ümumilikde 6 kateqoriya üzrə Rusiya çempionluğunu elan edən qaliblər beynəlxalq yarışmalarda Rusiyanı təmsil etmə haqqı qazandı. Yarışma iştirakçıları saggal ve bığ saxlamanın faydalarını anlatmağdan da heç yorulmurdular. 

Yarış iştirakçısı Andrey Gavrilov: "Saqqal ve bığ mənim üçün birinci növbədə stresə qarşı dərmandır. Ən çətin vaxtlarda bığlarımı burmağa başlayıb hər vəziyyətdən çıxış yolu tapıram. Həm də bığlar insanı siqaret çəkmək kimi zərərli vərdişlərdən də qoruyur. 

Stilli saqqal kateqoriyasında Rusiya çempionu Sergey Petrov: "Əvvəllər mənim saqqalım təbii formasında idi. Sonra isə bərbərə gedib saqqalıma stilistik forma verməyə qərar verdim. Çünki belə daha yaraşıqlıdır. Sirr olaraq bunu da deyim ki, qızların da saqqallı oğlanlardan xoşu gəlir". 

Artyom Motyakin: "Təcrübəsiz olduğum vaxtlarda bığlarım həmişə sulu yeməklərə bulaşırdı. Sonra onları bu formaya salmaya başladım. Onlar çox möhkəmdir, hətta biglarimla şüşə də açmaq olar". 

Rus imperatoru Pyotr 1698-ci ildə bığ saxlayan kişilərdən xüsusi vergi alınmasını nəzərdə tutan fərman imzalamışdı. Aradan 74 il keçdikdən sonra II Yekatrina 6 Aprel 1772-ci ildə saqqal vergisini ləğv etdi. O zamandan bəri 6 Aprel Rusiyada Saqqallılar Günü olaraq qeyd edilir.


Sizin Reklam Yeriniz