Əlaqə Arxiv
news Image
2014.04.06
23:09
| A A A
Bakıda mənzildə azyaşlı uşaq köməksiz vəziyyətdə tapılıb
Bakıda mənzildə azyaşlı uşaq köməksiz vəziyyətdə tapılıb.

Movqe.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qalxaraq eyvandan daxil olublar.

Mənzildə nəzarətsiz qalmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.
Sizin Reklam Yeriniz