Sınaq imtahanının nəticələri açıqlandı
Aprelin 6-da keçirilən sınaq imtahanının
nəticələri açıqlanıb. TQDK-dan
Movqe.az-a verilən məlumata görə,Tələbə Qəbulu üzrə Dövlət
Komissiyası aprelin 6-da qəbul imtahanlarına hazırlaşan
abituriyentlər üçün keçirdiyi sınaq imtahanının nəticələrini
aprelin 10-da saat 14:00-dan etibarən elan edib.
Hər bir abituriyent TQDK-nın internet
saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik
təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin
mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə
bilərlər. Sınaq imtahanının
nəticələrinə əsasən, imtahanda iştirak etmək üçün qeydiyyatdan
keçmiş 49405 abituriyentdən 2620 nəfəri imtahanda iştirak etməyib.
İmtahanda iştirak edən 46774 abituriyentdən 10 nəfəri imtahan
qaydalarını pozduğuna görə imtahandan xaric olunmuş və nəticələri
ləğv edilib. 1 nəfər öz cavab kartını korladığı üçün nəticəsini
yoxlamaq mümkün olmayıb. Qeyd edək
ki, növbəti sınaq imtahanı aprelin 13-də keçiriləcək.