Əlaqə Arxiv
news Image
2014.04.10
17:00
| A A A
Masazırda duz iməcliyi - Fotolar
"Azərsun Holdinq" yodlaşdırılmış "Azərduz" markasının mənbəyi olan Masazır gölünün ətrafında iməcilik təşkil edib. Movqe.az xəbər verir ki, iməcilikdə şirkətin əməkdaşları ilə yanaşı Masazır sakinləri də böyük həvəslə iştirak ediblər. Duz çıxarmanın ata-baba peşələri olduğunu bildirən kənd sakinləri Masazır gölününün ətrafının təmiz saxlanılması istiqamətində Zavodun göstərdiyi təşşəbbüsü hamılıqla dəstəkləyiblər.  Hər il mövsümdə duz toplayaraq fabrikə təhvil verən kənd sakinləri, Zavodun fəaliyyətə başlaması ilə daha çox gəlir əldə etdiklərini və maddi vəziyyətlərinin yaxşılaşmasını qeyd ediblər. Artıq bir çox ölkədə tanınan və keyfiyyəti ilə məşhur "Azərduz"u istehsal etmələri ilə qürur duyduqlarını bildiriblər. İməcilikdən sonra hamı bir süfrə arxasında əyləşib gördükləri bu xeyirxah işin dadını çıxarıblar. Qeyd edək ki, Masazır Duz zavodunda istehsal edilən məhsullar istehlakçılar tərəfindən böyük rəğbət qazanıb və bazarda əcnəbi məhsul adı altında satılan duzlardan dəfələrlə keyfiyyətli olduğunu nümayiş etdirib.




















Sizin Reklam Yeriniz