Əlaqə Arxiv
news Image
2014.04.13
19:08
| A A A
Müsəlman təqviminin aylarının adları
Müsəlman təqvimi dedikdə hicri-qəməri təqvim nəzərdə tutulur. Movqe.az İslam.az saytina istinadən xəbər verir ki , Hicri-qəməri təqvim Həzrət Mühəmməd Peyğəmbərin (s) Məkkədən Mədinəyə hicrətindən hesablanır.

Şəriət hökmlərində (məsələn, orucluq və s.) hicri-qəməri təqvimdən istifadə edilir. Bu təqvimdə il 354 və ya 355 gündən ibarət olur. Hicri-qəməri il hər biri 29 və ya 30 gün olan 12 aydan ibarətdir.

Ayların adı ardıcıllıqla belədir: Mühərrəm, səfər, rəbiül-əvvəl, rəbiül-axır (və ya rəbiüs-sani), cəmadiyül-əvvəl, cəmadiyül-axır (və ya cəmadiyüs-sani), rəcəb, şaban, ramazan, şavval, zilqədə və zilhiccə.
Sizin Reklam Yeriniz