Əlaqə Arxiv
news Image
2014.04.16
18:12
| A A A
Odessa Xalq Respublikası yaradıldı
Odessada antimaydançılar "Odessa Xalq Respublikası"nın yaradıldığını bəyan edib. 

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya mətbuatı yazır.

Antimaydançılar xalqı Odessa vilayətinə gələn bütün yolları bağlamağa çağırıb.

"Bu gün Odessa vilayəti Odessa Xalq Respublikası elan edilib. Bu respublikada hakimiyyət yalnız Odessa xalqına məxsusdur", deyə antimaydaçıların bəyanatında deyilir.

Bundan başqa antimaydançılar xalqı vilayətə gələn yolları bağlamağa, avtomobillərin girişinə mane olmağa çağırıb.
Sizin Reklam Yeriniz