Bakıdakı “Şanxay” söküləcək
"Keşlə qəsəbəsindəki dəmir yolu xəttinin kənarında
yerləşən və "Şanxay" adı ilə tanınan qanunsuz tikililər
söküləcək". Bu barədə Modern.az
saytına "Azəryolservis" ASC- nin sədri, millət vəkili Cavid
Qurbanov məlumat verib. O, bildirib ki, gələcəkdə həmin ərazinin
sökülməsi planda var. "Bildiyimə görə, orada park salınacaq
və gözəl yollar tikiləcək"-deyə millət vəkili bildirib. Qeyd edək
ki, Bakının Nizami rayonunun Keşlə qəsəbəsindəki "Şanxay" adlanan
ərazidən keçən dəmir yolunun mühafizə zolağında tikilmiş evlərin
sökülməsi məsələsi uzun müddətdir gündəmdədir. Nazirlər Kabinetinin
2005-ci il 23 fevral tarixli, 33 saylı qərarına əsasən, dəmir
yolunun mühafizə və sanitar zolağı müəyyənləşib. "Şanxay" da
mühafizə və sanitar zolağa düşən ərazidir.