Əlaqə Arxiv
news Image
2014.04.19
10:35
| A A A
Polşanın “Euro info” jurnalında “Azərbaycan” sərlövhəli məqalə nəşr olunub
Polşada böyük tirajla çap edilən "Euro info" jurnalında "Azərbaycan" sərlövhəsində məqalə nəşr olunub.

Movqe.az Azertac-a istinadən xəbər verir ki , jurnalist Bartoş Mendıkın məqaləsində Azərbaycanda alternativ enerji mənbələrindən istifadə ilə bağlı görülən işlər, kənd təsərrüfatı sektorunda həyata keçirilən islahatlar, fermer təsərrüfatları üçün yaradılmış şərait və bu sahəyə xarici investorların cəlb olunması haqqında geniş məlumat verilib. Yazıda kənd təsərrüfatının ölkə iqtisadiyyatının önəmli sahələrindən biri olduğu vurğulanıb.

Azərbaycanın turizm potensialından bəhs edən müəllif ölkədə bütün fəsillər üzrə turizm mərkəzlərinin olduğunu, həmin mərkəzlərdə beynəlxalq standartlara uyğun şəraitin yaradıldığını, o cümlədən müasir mehmanxanaların inşa edildiyini, turizm marşrutlarının salındığını oxucuların diqqətinə çatıb.

Məqalədə Azərbaycan iqtisadiyyatının digər sahələrinin inkişafı ilə bağlı məlumatlar da yer almışdır.
Sizin Reklam Yeriniz