Əlaqə Arxiv
news Image
2014.04.19
19:00
| A A A
Əsəbiləşən ata 6 aylıq körpəsini boğdu
ABŞ-ın Florida ştatında ata körpə oğlunu boğub. 

Movqe.az ANS PRESS-ə istinadə xəbər verir ki, 24 yaşlı Kodi Viqant 6 aylıq oğlunu öldürüb. Belə ki, işdən evə gələn Kodi Viqant yorğun halda televizora baxırmış. Bu zaman onun 6 aylıq oğlu ağlayıb. Körpənin çığırtısı Kodi Viqanta mane olub. O, nə qədər körpəni sakitləşdirmək istəsə də, alınmayıb.

Bu zaman Kodi Viqant əsəblərini cilovlaya bilməyib və onu boğub. İlk öncə cinayətini gizlətmək istəsə də, onun bu əməlinin üstü açılıb.

"İnanmaq çətindir ki, ata öz doğma körpəsini boğa", - deyə hüquq-mühafizə orqanları bildirib.
Sizin Reklam Yeriniz