Əlaqə Arxiv
news Image
2014.04.20
11:12
| A A A
Yol soruşan yapon turisti zorladılar
Türkiyədə 2 narkoman yapon turistə təcavüz edib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Ankara qalasını ziyarət edən yapon turistlərdən biri gözlənilmədən xoş olmayan halla rastlaşıb. Belə ki, 22 yaşlı xanım turist qalanın şəkillərini çəkdikdən sonra küçənin tinində dayanan 2 narkotik maddə istifadə edən gəncdən hansısa ünvan soruşub. 

Turistin nə dediyini anlamayan gənclər onun arxasınca düşməyə başlayıb. Səssiz bir yerdə yapon turistə hücum edən gənclərdən biri onun əlini bağlayıb. Əvvəlcə 16 yaşında olan gənc, sonra isə digəri yapon turistə təcavüz edib. Zərərçəkənin pulunun bir hissəsini də götürən 2 gözüqanlı gənc olay yerindən uzaqlaşıblar.

Hadisə səbəbkarı gənclər daha sonra qalanın içindəki bir dükana giriblər. Satıcı 2 gəncin bir-birlərinə üzlərini göstərərək, "iz varmı? - deyə soruşmalarından şübhələnib. Onlar dükandan çıxdıqdan sonra yapon turist gözyaşları içində yaxınlıqdakı satıcıdan kömək istəyib. O da dərhal polisə məlumat verib.

Hadisə yerinə gələn polis araşdırma nəticəsində, hadisəni törədənləri müəyyən edib və 3 saat içində onları yaxalayıb.
Sizin Reklam Yeriniz