Əlaqə Arxiv
news Image
2014.04.20
18:06
| A A A
Dubay metrosunda sərnişinlər üçün cənnət yaradılacaq (FOTO)
Müasirliyi və gözəlliyi ilə inkişaf etmiş ölkələri geridə qoyan Dubay metrosunda kinoteatrlar və elektron kitabxanalar peyda olacaq. Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Dubay metropoliteninin altı stansiyasında bədii sərgi və digər muzey nümunələri ilə yenidən təchiz ediləcəyi bildirilmişdi. Gulf News agentliyi bu yeniliklərə kinoteatrların və elektron kitabxanaların əlavə edildiyini yazıb. 

Hər stansiyaya müəyyən edilmiş tərzdə görünüş veriləcək: musiqi, rəsm əsərləri, fotolar, müasir incəsənət və islam kalliqrafik xətti ilə sərnişinlərin gözünü və qulaqlarını oxşayacaq. Həmçinin stansiyaların birində elektron kitabxana yaradılacaq. Metroda işıq, musiqi və 3D effektləri ilə artistlərin tamaşaları, kinolar göstəriləcək. 

Bundan savayı layihə çərçivəsində piyada keçidlərinin və metropoliten qatarlarının bəzədilməsi nəzərdə tutulub. Görüləcək işlərə 50 milyon dollar vəsait ayrılıb. Metrodakı yenidənqurmanın 2015-ci il mart ayında keçirilməsi nəzərdə tutulan "Art Dubai 2015" bədii sərgiyədən başa çatması planlaşdırırlır.

Dubay metrosu iki qola ayrılmış 49 stansiyadan ibarətdir. Qatarlar bütünlüklə avtomatlaşdırılıb və maşinist olmadan idarə edilir. 2014-cü ilin birinci kvartalında Dubay metrosundan istifadə edən sərnişinlərin sayı 40 milyonu keçib.



Sizin Reklam Yeriniz