Narkotik vasitələrin "qara bazar"dakı qiymətləri (FOTO)
Hər il 99-mindən 253-minə yaxın insan bu bəlanın
qurbanı olur. Hal-hazırda 7 mlrd dünya əhalisindən 210 mln insan
narkotik istifadəçisidir (3%). Movqe.az ANS PRESS-ə istinadən xəbər
verir ki, bu barədə məlumatlar, Narkomanlığa və Narkotik
Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət
Komissiyasının "Azərbaycan Respublikasında narkotiklərə nəzarət
sahəsində 2013-cü il üçün ölkə məruzəsi"ndə
səsləndirilib.
Məruzə qeyd olunub ki, dünyada qadağan qoyulmuş narkotiklərin istifadəçiləri son beş il ərzində 2013-cü il daxil olmaqla 3,4-6,6% təşkil edib. Yaş qrupları isə 15-64 yaş arasında dəyişir. Bu sabitliyə baxmayaraq, son illərdə inyeksiyon xəstəliklərin sayı bir qədər artıb. Məsələn: QİÇS xəstəliyinə tutulanlar 20%, Hepatit C 46,7%, Hepatit B 14,6% təşkil edib. 2010-2011-ci illər ərzində Avropa ölkələrində narkotik vasitələrin dövriyyəsində bir sıra dəyişikliklərin baş verməsi nəticəsində qara bazarda heroinin çatışmazlığı müşahidə olunub.Buna səbəb isə Əfqanıstanda əkin sahələrinin yararsız hala düşməsi olub. Lakin 2012-ci ildə bu sahələrin yenidən münbütləşməsi nəticəsində heroinin və kokainin Avropa bazarına daşınması kütləvi hal alıb. Əfqanıstanda bu cür əkin sahələrin ərazisi 131 min hektardır. Bu isə 2011-ci il ilə nisbətən 7% çoxdur. Ümumiyyətlə, dünya bazarına çıxarılan narkotik vasitələrin 95%-ni əfqan narkotiki təşkil edir.
Məruzədə həmçinin müxtəlif növ narkotik vasitələrin "qara bazar"da topdan və pərakəndə satış qiymətini açıqlanıb. Belə ki, məruzədə verilən cədvəldə qeyd olunub ki, 2014-cü il yanvarın 1-ə qədər "qara bazar"da 1 kq tiryəkin topdan satış qiyməti minimum 5 min dollar, maksimum 7 min dollar , 1 kq həşişin topdan satış qiyməti minimum 3 min dollar, maksimum 4 min dollar, 1 kq marixuananın topdan satış qiyməti minimum 6 min dollar, maksimum 8 min dollar, 1 kq heroinin topdan satış qiyməti isə minimum 15 min dollar, maksimum 20 min dollar təşkil edib.
"Qara bazar"da 1 kq tiryəkin pərakəndə satış qiyməti minimum 10 min dollar, maksimum 15 min dollar 1 kq həşişin pərakəndə satış qiyməti minimum 8 min dollar, maksimum 10 min dollar, 1 kq heroinin topdan satış qiyməti isə minimum 40 min dollar, maksimum 60 min dollar, 1 kq marixuananın pərakəndə satış qiyməti minimum 10 min dollar, maksimum 15 min dollar təşkil edib.
Məruzədə həmçinin qeyd olunub ki, Rusiya Federasiyasının əhalisinin 2.5 mln-nu narkotik vasitələrin istifadəçiləri təşkil edir. Narkotik vasitələrin istifadəçilərin 20 %-məktəblilər, 60%-30 yaşına qədər gənclər, 20%-daha yaşlı nəsil nümayəndələri təşkil edir. Rusiya Federasiyasının ərazisindən ötən il ərzində hüquq mühafizə orqanları tərəfindən 38 tondan artıq narkotik vasitə dövriyyədən çıxarılıb.