Əlaqə Arxiv
news Image
2014.04.21
19:18
| A A A
Putindən Krım tatarları ilə bağlı şok sərəncam
Rusiya prezidentinin sərəncamında tatarları və yarımadada yaşayan digər xalqların reabilitasiyası nəzərdə tutulur Rusiya Federasiyasının prezidenti Vladimir Putin Krım tatarları və yarımadada yaşayan digər xalqların reabilitasiyası haqqında sərəncam imzalayıb. Sərəncama görə, repressiyalardan zərər çəkmiş krım-tatar xalqı geri köçürüləcək. 

ANS PRESS-in məlumatına görə, bunu Putin Dövlət Şurasının iclasında bəyan edib.

O qeyd edib ki, tatarlarla yanaşı Stalin repressiyalarından əziyyət çəkmiş yunanlar, almanlar və ermənilər də reabilitasiya olunacaqlar.

Qeyd edək ki, Krımın statusu ilə bağlı martın 16-da referendum keçirilib. Referendumun nəticəsinə görə, əhalinin böyük əksəriyyəti Muxtar Vilayətin Rusiyanın tərkibinə keçməsini dəstəkləyib. 
Sizin Reklam Yeriniz