Əlaqə Arxiv
news Image
2012.06.23
09:00
| A A A
Əbülfəs Qarayev alternativ Kinematoqrafçılar İttifaqının təsis olunmasına münasibət bildirib
“Bu qədər tanınmış və ciddi kino xadimi bir yerə toplaşıbsa, deməli, buna ehtiyac vardı” "Yeni təsis olunan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Ədliyyə Nazirliyinə dövlət qeydiyyatdan keçmək üçün müraciət etməlidir. Qeydiyyatdan keçəndən sonra bizə müraciət etsələr, onlara köməklik edəcəyik". Bunu APA-ya açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. "Azərbaycanda Kinematoqrafçılar İttifaqı olduğu halda, eyni adlı alternativ qurumun yaradılmasına ehtiyac vardımı?" sualına cavab olaraq Ə. Qarayev bunları deyib: "Düşünürəm ki, əgər bu qədər çoxsaylı tanınmış və ciddi kino xadimi bir yerə toplaşıbsa, belə təşəbbüs irəli sürülübsə, deməli, buna ehtiyac vardı".
Sizin Reklam Yeriniz