Bakının bir hissəsində su kəsiləcək
"Azərsu" ASC-nin Mətbuat xidməti və
ictimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən məlumata görə,
Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti, 2 ünvanında yeni
çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması işlərinin
aparılması ilə əlaqədar 22 aprel 2014-cü il tarixdə Nizami
rayonunun Qara Qarayev prospektinə, Özbəkistan, Azər Manafov, Əli
Vəliyev, Rizvan Teymurov və Tofiq Abbasov küçələrinə içməli suyun
verilməsi saat 19:00 radələrinədək
dayandırılacaqdır.
Yaranan narahatlıqla əlaqədar "Azərsu" ASC
abunəçilərdən üzr istəyir.