Əlaqə Arxiv
news Image
2014.05.01
17:33
| A A A
Jurnalistlər “TİR”də yarışacaq
Mayın 3-də saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş atıcılıq turniri keçiriləcək. Movqe.az xəbər verir ki, turnir "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-nin Sabunçu rayon filialında start götürəcək. Yarışa qoşulan KİV nümayəndələri "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-nin Sabunçu rayon filialına Xidmətin Aparatından (Zərifə Əliyeva prospekti 30) ayrılmış avtobuslarla aparılacaqlar. Turnirdə iştirak edən komandalar püşkatma nəticəsində formalaşmış qruplarda yarışacaqlar. Belə ki, I qrupda Trend BİA, Müstəqil İA, QHT xəbər, II qrupda Lider TV, "Palitra" və "Reytinq" qəzetləri, III qrupda Publika.az, "Olimpə doğru" jurnalı, "Kaspi" qəzeti, IV qrupda "Olaylar", "Xalq Cəbhəsi" qəzetləri, AzərTAc, V qrupda Oxu.az, Axar.az, "Olimpiya dünyası" və "Mövqe" qəzetləri, VI qrupda Vision TV, APA, İnterpress.az yarışacaq. Xatırladaq ki, iştirakçılardan mayın 3-ü səhər saat 09.00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatının qarşısında olmaq xahiş olunur. "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-nin Sabunçu rayon filialına birbaşa getmək istəyənlər Sabunçu rayonu, Mahir Əmirov küçəsi, 25 ünvanına gəlməlidirlər.
Sizin Reklam Yeriniz