Əlaqə Arxiv
news Image
2014.05.03
10:06
| A A A
Bakıda sərnişin avtobusu ilə yük maşını toqquşub
Bakının Binəqədi rayonunda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , Biləcəri qəsəbəsi Binəqədi yolunda qeydə alınan avtoqəza zamanı 170 saylı xətt üzrə işləyən "Daewoo" maraklı sərnişin avtobusu ilə yük maşını toqquşub.

Hadisə vaxtı hər iki nəqliyyat vasitəsi eyni istiqamətdə hərəkətdə olsa da, yük maşını avtobusun arxasına çırpılıb ki, bu da hər iki avtomobilin əzilməsinə səbəb olub.

Avtobus xəttə olsa da, sərnişinlərin azlığı qəza zamanı xəsarət faktının qarşısını alıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi idarəsinin ekoloji nəzarət postunda araşdırmalara başlanılıb. Qəzaya səbəb kimi ilkin olaraq, yük maşınının ara məsafəsi saxlamaması göstərilir.


Sizin Reklam Yeriniz