Əlaqə Arxiv
news Image
2014.05.04
10:00
| A A A
Bu gün Bakıda 24 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında gecə və səhər saatlarında havanın tutulacağı, qısamüddətli yağış yağacağı ehtimalı var, səhər tədricən kəsiləcəyi, gün ərzində dəyişkən buludlu olacağı gözlənilir. Temperatur gecə 10-15°, gündüz 20-24° isti, Bakıda gecə 13-15°, gündüz 22-24° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 65-75 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir. Temperatur gecə 9-14°, gündüz 23-28° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir. Temperatur gecə 5-10°, gündüz 14-19° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir. Temperatur gecə 10-15°, gündüz 22-27° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir. Temperatur gecə 9-14°, gündüz 20-25° isti olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir. Temperatur gecə 11-16°, gündüz 23-28° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir. Temperatur 10-14°, gündüz 21-26° isti, dağlarda gecə 10-14°, gündüz 17-22° isti olacaq.
Sizin Reklam Yeriniz