Hindistan hakimiyyəti müsəlmanların qətlinə ordu ilə reaksiya verdi
Hindistan hakimiyyəti ölkənin şərqində yerləşən
Assam ştatına ordu yeridib. Movqe.az ANS PRESS-ə istinadən xəbər
verir ki, buna səbəb bölgədə 32 müsəlman sakinin qətlə yetirilməsi
olub. Polis artıq 20-dən çox şübhəlini
saxlayıb.
Bodo tayfasına məxsus yaraqlılar həmin müsəlmanları qeyri-qanuni olaraq, qonşu Banqladeşdən Hindistana keçməkdə və onların torpaqlarını zəbt etməkdə ittiham edərək, kütləvi halda güllələyib. Hazırda Assam ştatında komendant saatı tətbiq edilib.
Yerli hüquq-mühafizə orqanının məlumatına görə, qətlə yetirilənlərin azı 8-i qadın, 8-i isə uşaqdır.
Son 30 ildə Hindistanın Assam ştatında 10 mindən çox insan öldürülüb. Onların əksəriyyəti dinc sakindir.