Əlaqə Arxiv
news Image
2014.05.04
22:04
| A A A
Misir məhkəməsi müxaliflərə qarşı kütləvi həbs qərarı verdi (VİDEO)
Misir məhkəməsi "Müsəlman Qardaşları" hərəkatının tərəfdarlarına qarşı növbəti kütləvi hökm çıxarıb. Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , yerli telekanalların məlumatına görə, məhkəmə müttəhimlər kürsüsündə əyləşən 102 nəfərin hər birinə 10 il həbs cəzası verib. 

Bundan başqa onlar həbsdən çıxdıqdan sonra 5 il ərzində polisin nəzarəti altında yaşayacaqlar. 

"Müsəlman Qardaşları" hərəkatının daha 2 tərəfdarına isə 7 il azadlıqdan məhrumetmə cəzası verilib. Onlar 2013-cü ildə, hazırda həbsdə olan devrilmiş prezident Məhəmməd Mursiyə dəstək aksiyalarında iştirak etməkdə ittiham edilirdilər. 

Mənbə
ANS TV
 
Sizin Reklam Yeriniz