Əlaqə Arxiv
news Image
2014.05.06
16:22
| A A A
Baş nazirin müavinindən ana və uşaq ölümü ilə bağlı açıqlama
Baş nazirin müavini Əli Əhmədov ana və uşaq ölümündən danışıb.  Movqe.az xəbər verir ki, Əli Əhmədov son vaxtlarda baş verən ölüm faktlarına münasibət bildirib: "Azərbaycanda ana və uşaq ölümü halları diqqətdən kənarda qalmır, bunların hər biri ciddi şəkildə araşdırılır və müvafiq tədbirlər görülür. Biz bu halların baş verməsinə təəssüflənirik. Bizim istəyimizdən asılı olmayaraq, belə hallar olur. Ana və uşaq ölümü hallarının qarşısınının alınması üzərində çox ciddi işləyirik. Әgər kiminsə günahı ucbatından belə şeylər baş verirsə, həmin şəxs cəzasını alır."

Baş nazirin müavini prezident İlham Əliyevin də məsələyə münasibətindən danışdı: "Cənab prezidentin tələbi ondan ibarətdir ki, Azərbaycanda ana-uşaq ölümü kimi hallar baş verməsin. İlham Əliyev ümumiyyətlə Azərbaycan əhalisinə göstərilən səhiyyənin keyfiyyətinin yaxşılaşdırılmasını tələb edir. Hazırda əsas məsələ səhiyyə xidmətinin keyfiyyətini yüksəltmək, həkimlərin peşəkarlıq səviyyəsini artırmaqdır. Biz istəyirik ki, hər bir azərbaycanlıya ölkəmizdə yüksək səviyyədə səhiyyə xidməti göstərilsin ki, Azərbaycandan kənara müalicə üçün gedənlər olmasın".

Ә.Әhmədov Azərbaycanda hər bir vətəndaşın yüksək səviyyəli tibbi xidmətlə təmin olunmaq hüququna malik olduğunu qeyd edib: "Ölkədə səhiyyənin infrastrukturu yenilənib, Azərbaycanda dünya standartlarına uyğun səhiyyə müəssisələri istifadəyə verilib."


Sizin Reklam Yeriniz