Əlaqə Arxiv
news Image
2014.05.10
20:00
| A A A
DİQQƏT! Uşaqları belə qaçırırlar (VİDEO)
İngiltərədə bir uşaq qaçırma əməliyyatının videogörüntüləri yayılıb.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Derbidə insan sıxlığı olan bir alış-veriş mərkəzində anasıyla gəzən 22 aylıq uşaq yaşlı bir kişi tərəfindən qaçırılmaq təhlükəsiylə üz-üzə qaldı.

Kimliyi açıqlanmayan qadın əlində boş çanta tutarkən irəliləyir. Ananın sağ tərəfində isə oğlu yeriyir. Uşaq anasından bir neçə addım uzaqlaştığı ərəfədə, anası dəhlizdən sol tərəfə dönür. Uşaq yenidən anasını təqib etmək istərkən, yaşlı bir kişi ona yaxınlaşır və əlindən tutaraq qulağına nə isə söyləyir. 

Kişinin niyyətinin uşağı qaçırmaq olması tam aydın görünür və o, bu niyyətini həyata keçirmək astanasında olduğu ərəfədə, ana geriyə dönür.

Qadın cinayət üstündə yaxaladığı kişi ilə nə isə danışır. 

İngilis polisi ticarət mərkəzinin mühafizə kameralarına həkk olunan bu videogörüntülərin ardından 80 yaşlı şübhəlini saxlayır. Şübhəlinin videogörüntüdəki kişinin olub-olmadığı hələ açıqlanmır. Ancaq polis bu görüntülərlə ana və atalaraı uşaqlarına daha dikkətli olmalarını xəbərdarlıq edir.

Sizin Reklam Yeriniz