Əlaqə Arxiv
news Image
2014.05.10
22:18
| A A A
‘‘ASAN Könüllüləri” Heydər Əliyev zirvəsində (FOTO)
"ASAN Könüllüləri" Gənclər Təşkilatı ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümü münasibəti ilə yürüş təşkil edib. 

Movqe.az xəbər verir ki , Gənclər Təşkilatından verilən məlumata görə, Gənclər Təşkilatının üzvləri Azərbaycanın ən yüksək yaşayış məntəqəsi olan Xınalıq kəndindən piyada start götürüb, 3751 metr hündürlükdə yerləşən Heydər Əliyev zirvəsini fəth ediblər. 

Könüllülər ümummilli liderə gənclərin böyük ehtiramının əlaməti kimi "ASAN Könüllüləri" Gənclər Təşkilatının və "ASAN xidmət"-in bayraqlarını bu zirvədə dalğalandırıblar. 

"ASAN Könüllüləri" Gənclər Təşkilatı ümummilli lider Heydər Əliyevin xatirəsini anma münasibəti ilə müxtəlif tədbirlərin həyata keçirilməsini planlaşdırır. 



Sizin Reklam Yeriniz