Əlaqə Arxiv
news Image
2014.05.11
17:05
| A A A
Təbiət ABŞ-ın iki ştatını viran qoydu
Amerika Birləşmiş Ştatları yenidən tornadodan əziyyət çəkib. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu dəfə tornado Missuri və Kanzas ştatlarında dağıntılara səbəb olub. Missuri ştatından keçən tornado xeyli sayda evə ziyan vurub. Dəyən ziyanın miqyasını yerli telekanalların yayımladığı kadrlardan da görmək mümkündür. Xəsarət alanların olması barədə məlumat yoxdur. 

Kanzas ştatının mərkəzində isə tornado güclü qasırğa ilə müşayiət olunub. Burada tornado onlarla ağacı aşırıb, evlərə ziyan vurub, elektrik enerjisi naqillərini qırıb. 

Yerli hava bürosu Missuri və Kanzas ştatlarında şimşək çaxması xəbərdarlığı edib.
Sizin Reklam Yeriniz