Əlaqə Arxiv
news Image
2014.05.14
16:01
| A A A
Azərbaycanda uşağına süd verən ana öldü
Bu gün Azərbaycanda daha bir gənc ana ölümü qeydə alınıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Ağdaşın Yuxarı Nemətabad kəndində baş verib.  Övladına süd verən 1991-ci il təvəllüdlü Əliyeva İbadət Etibar qızının vəziyyəti qəfildən pisləşib. Məlumata görə, qadın ikinci körpəsini 20 gün öncə dünyaya gətirib. O, qəfildən ürəyinin sıxılması və halının pisləşməsi barədə həyat yoldaşına bildirib. Dərhal həkim çağırılıb. lakin gənc ana bir necə dəqiqiə sonra vəfat edib. İki uşaq anası olan 23 yaşlı İbadət Əliyevanın ürəyindən əvvəllər şikayəti olmayıb. 20 gün öncə Mingəçevir Şəhər Doğum Evində dünyaya övlad gətirən zaman da həkimlər ana və uşağın tam sağlam olduğunu bildiriblər. Faktla bağlı Ağdaş Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Sizin Reklam Yeriniz