Əlaqə Arxiv
news Image
2014.05.18
00:05
| A A A
Teleaparıcı canlı yayımda studiyanı tərk etdi (VİDEO)
13 mayda baş verən Soma faciəsi Türkiyədə hər kəsi, eləcə də birbaşa yayımda olan teleaparıcıları ağlatdı. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Ülke TV-nin xəbərlər aparıcısı Selda Atalay da mədən qəzasını şərh edərkən özünü saxlaya bilməyib göz yaşını axıdıb. 

Aparıcı faciəni monitordakı görüntülərlə şərh edərkən, mədəndə çalışan fəhlələrin halına çox acıyıb və bundan təsirlənib. "Bu insanlar israrla çörək pulu qazanmağa çalışır. Kasıbçılıq budur..." deyir və hıçqırıqlar onun sözünü kəsir. Selda özünü ələ almağa çalışsa da bacarmır və "kəsin, dostlar" deyərək, əlləri ilə göz yaşlarını silə-silə studiyanı tərk edir. 

Teleaparıcı studiyadan getdikdən sonra efirə bütün dünyanı ağladan görüntülər buraxılır. 


Sizin Reklam Yeriniz