Əlaqə Arxiv
news Image
2014.05.18
10:25
| A A A
Somada həlak olanların dəfnindən sonra qarşıdurma (FOTO)
Türkiyənin İstanbul şəhərində bir qrup fəal Manisa vilayətində baş vermiş mədən faciəsi ilə əlaqədar ötən gün də etiraz aksiyalarını davam etdirib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, sonuncu qəza qurbanlarının dəfn mərasimindən sonra baş tutan etiraz aksiyasına 200-dən çox fəal qatılıb. Aksiya zamanı fəallar Taksim meydanına soxulmağa çalışıblar. Təhlükəsizlik qüvvələrinin müdaxiləsi isə tərəflər arasında qarşıdurmalara səbəb olub. Polis təzyiqli su şırnaqları və rezin güllələrlə aksiyanı dağıtmağa çalışıb.

Qarşıdurmalar zamanı polis onlara müqavimət göstərən 9 nəfəri həbs edib.

Faicə ilə əlaqədar rəsmilərin təhlükəsizlik xidməti məsələlərində səhlənkarlığa yol verdiyi iddia olunsa da, hökumət bu iddiaları qəti şəkildə rədd edir. Baş nazir Rəcəb Tayyib Ərdoğanın məsələyə soyuq münasibət bəsləməsi ona və hökumətə qarşı qəzəb və nifrəti daha da artırıb.

Mədən qəzasında həyatlarını itirən işçilərin yaxınlarına Çili mədənçilərindən də mənəvi dəstək gəlib. 2010-ci ildə Kopyapo şəhərində mədəndə baş vermiş partlayışdan sonra dağıntılar altından sağ xilas olan Mario Sepulveda və oğlu qəza qurbanlarının ailələrinə baş sağlığı verib.

"Dağıntılar altında qaldıqda çarəsiz olduğumu düşünürdüm, qəzəb hissi məni boğurdu. İnsanların daha etibarlı və sülh mühitində yaşaması üçün onların təhsil kimi minimum ehtiyaclarını ödəmək lazımdır. Bu ehtiyacları qarşılamaq üçün insan bəzən risk etməli olur. Türkiyədə baş verən hadisəyə görə dərin kədər hissi keçirirəm. Düşünürəm ki, Türkiyədə mədənlərdə təhlükəsizlik məsələləri ilə əlaqədar qanunlar dəyişməlidir", deyə mədənçi Mariyo Sepulveda bildirib.

Qeyd edək ki, Soma rayonunda baş vermiş partlayış zamanı 301 nəfər ölüb, qəzadan 485 nəfər xilas edilib.
Sizin Reklam Yeriniz