Əlaqə Arxiv
news Image
2014.05.18
14:02
| A A A
Krım tatarlarına məzarlıq
Bu gün qara tarixlərini qeyd edən Krım tatarlarına anım mərasimləri keçirməyə icazə verilmir. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Krım hakimiyyəti tatarların deportasiyası ilə bağlı ənənəvi anım mərasimindən öncə paytaxt Simferopolda kütləvi toplaşmalara qoyduğu qadağanın qüvvədə olduğunu təsdiqləyib. Deportasiya qurbanlarının xatirəsini anmaq üçün Krım tatarlarına yalnız şəhərdəki müsəlman qəbirstanlığı yaxınlığında toplaşmağa icazə verilib. 

Krım hakimiyyəti mart ayında iyunun 6-dək yarımadada hər hansı kütləvi aksiyaların keçirilməsinə qadağa qoyub. 
Krım prokurorluğu vəziyyətin gərginləşdiyi təqdirdə Krım Tatarları Məclisinin ləğv ediləcəyi barədə xəbərdarlıq edib.

Şənbə günü hakimiyyət şəhər mərkəzində aksiyanın keçirilməsinin məqsədəuyğun olmadığını bildirib. Eyni zamanda krım tatarlarına Simferopolun müsəlman qəbiristanlığında toplaşmaq təklif olunub.

Krım Tatarları Məclisinin sədri Refat Çubarov qadağaya rəğmən bir çox adamın Stalin deportasiyasının 70 illik münasibətilə bağlı mayın 18-də paytaxt Simferopolda keçəcək nümayişə qatılmaq fikrində olduğunu bildirib.

Krım ərazisinə girişinə qadağa qoyulan Krım tatarlarının lideri Mustava Cəmilov özü anım tədbirlərində iştirak edə bilməsə də, 18 may - deportasiya qurbanlarının anım günü həmyerlilərini öz hüquqlarını qorumağa çağırıb. "Məclis həmvətənlilərimizin təhlükəsizliyinə görə narahatdır, bu səbəbdən anım tədbirlərinin rayonlarda keçirilməsinə dair qərar verilib. Lakin mən düşünürəm ki, xalq istənilən halda Lenin meydanına çıxacaq və bunu düzgün addım olacaq – insanlar öz hüquqlarını qorumalıdır. SSRİ dövründə də bizə çox şeyi qadağan edirdilər", - deyə deputat bildirib. 

Rusiyanın insan haqları üzrə ombudsmanı Ella Pamfilova Krım hökumətinin qərarını tənqid edərək bildirib ki, qadağa problemin həllinə kömək etməyəcək.
Sizin Reklam Yeriniz