Əlaqə Arxiv
news Image
2014.05.18
16:19
| A A A
Mədənçi qızının şəkli animasiya filmi oldu (VİDEO)
Türkiyədə baş verən mədən faciəsi böyükdən-kiçiyə bütün türkləri və insan taleyinə laqeyd olmayan başqa ölkələrin insanlarını yasa boğdu.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, 301 nəfərin ölümü ilə Türkiyədə indiyədək yaşanan ən böyük mədən faciəsi olaraq tarixə düşən Soma faciəsi hadisə qurbanlarının yaxınlarında və onların kədərlərini hiss edən bir çox insanların xatirələrində müəyyən izlər buraxdı. 

Soma faciəsinin baş verdiyi gündən bir neçə gün sonra sosial şəbəkədə yayımlanan mədənçi qızının şəkli hamı tərəfindən dərin həssasiyyətlə və maraqla qarşılanmışdı. 

Sözügedən şəkli Zonquldağda yaşayan bir mədənçi qızı 16 yaşlı Nihal Acar 2 il əvvəl çəkib. Şəklin geniş kütlə tərəfindən çox bəyənildiyini görən şirkətlərdən biri, şəkil əsasında animasiya filmi hazırlayıb.

Animasiya filminin illustrasiyaları Onur Sipahi, səs effekti isə Gökhan Altındirek tərəfindən hazırlanıb.




Sizin Reklam Yeriniz