Azərbaycanda yeni akademiya yaradılır
"Azərbaycan gömrük akademiyası bu ilin
sentyabrından fəaliyyətə başlayacaq". ANS PRESS-in məlumatına görə, bunu dövlət gömrük komitəsinin
sədri Aydın Əliyev deyib. O bildirib ki, tələbələrin qəbulu TQDK
tərəfindən aparılacaq. "Biz artıq
növbəti tədris ilində 40 tələbə qəbul etməyə hazırıq. Onlar əlbətdə
ki, gömrük spesifikasını nəzərə alaraq iqtisadiyyat və digər başqa
fakültələrdə təhsil alacaqlar".
Onun sözlərinə görə, ali məktəbin işi üçün lazım olan infrastruktur artıq hazırdır: "Birinci mərhələdə müəllim heyəti yerli mütəxəssislərdən ibarət olacaq. Gələcəkdə isə xarici müəllimlər də dəvət olunacaq. Biz xarici ekspertlərin ali məktəbə mütəmadi olaraq dəvət etmək niyyətindəyik".