Əlaqə Arxiv
news Image
2014.05.24
13:10
| A A A
İnəklərin mədəsinə pəncərə taxdılar (FOTO)
İsveçrədə heyvanlar üzərində araşdırma aparan şirkətlərdən biri maraqlı təcrübə keçirib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, İsveçrədə araşdırma şirkətlərindən biri inəklərin mədələrindəki qidaları necə və nə qədər həzm etdiklərini izləmək üçün onların mədələrinə "pəncərə" açıb.

Təcrübə çərçivəsində araşdırmaçılar inəklərin yan tərəfinə və mədəsinə dəlik açaraq, heyvanlara verilən fərqli növlərdə yulafları necə həzm etməsini görmək üçün oraya bir kanal yerləşdiriblər. 

"Pəncərə" adı verilən dəliyin ağzı plastik qapaqla bağlanılır. Açdıqla isə birbaşa mədənin içini görməklə yanaşı, mədəyə əl salıb həzm edilən qidadan nümunə də götürmək olar.

Təcrübə 14 inək üzərində həyata keçirilib. Şirkət rəsmiləri heyvanların hər hansı bir zərər görmədiyini bildirsə də, heyvan haqqları müdafiəçiləri bu addımı sərt şəkildə tənqid edib.







Sizin Reklam Yeriniz