Əlaqə Arxiv
news Image
2014.05.24
14:00
| A A A
Bakıda “Lexus” zibil maşınının altında qaldı
Gecə Bakıda Heydər Əliyev prospektinin Nərimanov rayonu ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi qeydə alınıb. Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, 26 yaşlı Həsənov Taleh Azad oğlu idarəetdiyi "Lexus" maraklı minik avtomobili ilə üzü metronun Koroğlu stansiyası istimətində hərəkətdə olub. Lakin onun ani diqqətsizliyi sonda avtomobilin qarşısındakı məişət tullantılrının daşıyan "MAN" maraklı yük maşınına çırpılması ilə nəticələnib. 

Qəza zamanı xəsarət faktı da qeydə alınıb. Hadisədə yaralanan minik avtomobilinin sürücü olub. Maşından çıxarılan sürücü 1 saylı şəhər xəstəxanasına aparılıb. Xəstəxanadan verilən məlumata görə, minik avtomobilinin sürücüsü hadisədən yüngül sıyrıntılarla xilas ola bilib. Ona ambulator yardım göstərilib. 

Qəzadan sonra minik avtomobilinin mühərrik hissəsində tüstülünmə müşahidə olunub. Buna görə də, qabaqlayıcı tədbirlər kimi, əraziyə yanğınsöndürənlər də çağırılıb. Qəzanın təfərrüatları Nərimanov rayon polis idarəsində araşdırılır. Yol nəqliyyat hadisəsinin səbəbləri və hansı sürücünün günahkar olduğunu isə avtotexniki ekspertizanın rəyi məyyən edəcək.
Sizin Reklam Yeriniz