Əlaqə Arxiv
news Image
2014.05.24
15:02
| A A A
Yaponiya orbitə peyk buraxdı
Yaponiya Yer kürəsini kosmosdan izləmək üçün orbitə müşahidə peyki buraxıb. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, peyki daşıyan raket ölkənin cənubundakı Taneqasima Kosmik Mərkəzindən buraxılıb. Yüksək-dəqiqlikli peyk təbii fəlakətlərin monitorinqi üçün məlumatlar toplanması, xəritə hazırlanması və təbii sərvətlərin tədqiq edilməsi məqsədilə istifadə ediləcək.

Peyk həmçinin zəlzələ, vulkan fəallığı, daşqın və torpaq sürüşmələri nəticəsində landşaftda baş verən dəyişiklikləri, qütbdəki buzun əriməsini izləmək və skan etmək qabiliyyətinə malikdir. 

Müşahidə peyki yaxın aylar ərzində tam sınaqdan keçirildikdən sonra 6 ay ərzində tam fəaliyyətə başlayacaq. 

Peyk Yaponiya Aerokosmik Agentliyi və "Mitsubishi Electric Corporation" şirkəti tərəfindən birgə hazırlanıb.
Sizin Reklam Yeriniz