Əlaqə Arxiv
news Image
2014.05.24
20:18
| A A A
Rəqəmsal yayıma keçid başa çatır (VİDEO)
Ölkə üzrə rəqəmsal yayıma tam keçid başa çatmaq üzrədir. Bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib. 
Movqe.az ANS TV-ə istinadən xəbər verir ki, hazırda prosesin bitməsinə 5 faiz iş qalıb. 

Nazirin sözlərinə görə, yaxın vaxtlarda ölkədə tam rəqəmsal yayıma keçiləcək: "Hazırda əhalinin demək olar ki, 95 faizinin rəqəmsal yayıma keçidi təmin edilib. İndi qalan kəndərin də bu yayıma keçməsi üçün işlər aparılır". 

Nazir yaxın zamanlarda mobil operatorlarının ara bağlantılarında daha aşağı qiymətə vahid tarif sistemi tətbiq olunacağını da deyib. Nazirin sözlərinə görə, mobil tariflərin endirilməsi üçün danışıqlar davam etdirilir: "Hər üç operatorla apardığımız müzakirələrin nəticəsindən asılı olaraq, yaxın zamanlarda mobil operatorlar üçün ara bağlantı tariflərinə görə daha aşağı qiymətə vahid tarif sistemi tətbiq olunacaq".


Sizin Reklam Yeriniz