Əlaqə Arxiv
news Image
2014.05.25
17:00
| A A A
Astarada yük maşını çaya aşdı, sürücü öldü
Astara rayonunda yük maşını çaya aşıb. 

Movqe.az xəbər verir ki , Astara rayon yol polisindən verilən məlumatan görə, hadisə ötən gecə rayonun Hamoşam kəndinin ərazisisində qeydə alınıb.

"QAZ-66" tipli yük avtomobili qəfildən çaya aşıb. Hadisə nəticəsində yük avtomobilinin sürücüsü Rəşidov Malik Calal oğlu hadisə yerindəcə dünasını dəyişib. 

Avtomobildə olan Əlizadə Anar Vaqif oğlu isə qəza zamanı ağır bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. 

Yük avtomobilinin həddindən artıq otla yüklənməsi qəzanın baş verməsinə səbəb kimi göstərilir.

Hadisə ilə Astara Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.


Sizin Reklam Yeriniz