Əlaqə Arxiv
news Image
2014.05.25
17:09
| A A A
Di Kaprioya niyə "Oskar" vermirlər? (FOTO)
Leonardo Di Kaprio heç vaxt böyük planlar qurmayıb. Lakin artıq vaxtı çatdığı üçün ona "Oskar" vermək lazım olduğunu da düşünmür. Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , Leo artıq 4-cü dəfə nüfuzlu mükafata nominant olsa da, bu il də şans üzünə gülmədi. Son müsahibələrindən birində Di Kaprio nə vaxtsa "Oskar" alacağına inandığını bildirib.

"Etiraf edim ki, aktyor həmkarlarımın mükafat təqdim etməsi xoş deyil. Bəlkə nə vaxtsa bu, mənim də başıma gələcək. "Uoll-strit canavarı"na görə "Oskar" almağı çox istərdim. Çünki bu film üçün çox əziyyət çəkmişəm. Karyeram boyu 2 belə işim olub: "Aviator" və "Uoll-strit canavarı". "Aviator"u çəkmək üçün həyatımın 8, ikinciyə görə isə 5 ili gedib. Ancaq "Oskar"a nominant olmaq mənim üçün böyük şərəfdir" - deyə, Di Kaprio deyib.

İlk dəfə Leonun "Oskar" namizədliyi 20 il öncə "Qilbert Qreypin kabusları" filmində oynadığı yeniyetmə roluna görə irəli sürülüb. O zaman aktyorun 19 yaşı var idi. Daha sonra hadisələrin axarı dəyişdi. Bir neçə il ərzində Di Kaprio müasir dövrün Romeosuna, başqa sözlə, kinoakademiklərin sevmədiyi tipaja çevrildi.

"Titanik" filmindən sonra Leo az qala bütün dünyada məşhurlaşdı. Son 20 ildə isə aktyorun çəkildiyi 7 film ən yaxşı film nominasiyasında olub. "Uoll-strit canavarı", "Aviotor", "Nyu-York bandaları", "Canqo", "Başlanğıc", "Dönüklər", "Titanik" filmləri Leonu baş rolda sevərək izlədiyimiz ekran işləridir.

İndiyə qədər də məlum olmayan səbəblərdən kinoakademiklər yaraşıqlı aktyorlara qarşı sanki aqressiya nümayiş etdirirlər. Düzdür, eyni şeyi Hollivud gözəlçələri haqqında demək olmaz. Ancelina Coli, Şarliz Teron və Natali Portman kimi divalar mükafat aldıqları halda, Leonarda Di Kaprio, Bred Pitt və Conni Depp kimi aktyorlar "Oskar"sız qalıblar. 

Builki "Oskar" gecəsinə anası İrmelin İndenbirkenlə qatılan Leo məyus olsa da, bu dəfə də hisslərini gizlətməyi yaxşı bacardı. Axı o, aktyorluğu hamıdan yaxşı bacarır.



Sizin Reklam Yeriniz