Əlaqə Arxiv
news Image
2014.05.27
23:15
| A A A
Papa prezidentə məktub yazdı
"Qoy, Tanrı xalqınıza sülh və gözəl həyat bəxş etsin" Roma Papası Fransisk Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

ANS PRESS-in məlumatına görə, Papa prezidentə təbrik məktubu ünvanlayıb. 

O, məktubunda Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə dövlət başçısı və Azərbayacan xalqına ən səmimi arzularını çatdırmaqdan məmnunluq duyduğunu deyib. 

"Qoy, Tanrı xalqınıza sülh, firavanlıq və gözəl həyat bəxş etsin. Ulu Tanrının nəzərləri xalqınızın, Sizin və hökumətinizin başı üzərindən heç vaxt əskik olmasın".
Sizin Reklam Yeriniz