Əlaqə Arxiv
news Image
2014.05.31
10:00
| A A A
Mayın son günü hava necə olacaq?
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Movqe.az xəbər verir ki , temperatur gecə 17-21°, gündüz 26-31° isti, Bakıda gecə 19-21°, gündüz 29-31° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-75, gündüz 45-50 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperatur gecə 13-18°, gündüz 28-33° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperatur gecə 8-13°, gündüz 20-25° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 16-21°, gündüz 28-33° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperatur gecə 13-18°, gündüz 25-30° isti olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Temperatur gecə 16-21°, gündüz 30-35° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 18-21°, gündüz 27-32° isti, dağlarda gecə 11-16°, gündüz 21-25° isti olacaq.
Sizin Reklam Yeriniz