Əlaqə Arxiv
news Image
2014.05.31
19:07
| A A A
10 "gülənçi" "vuruldu"
Gülən camaatının lideri Fətullah Gülənə məxsus olduğu iddia edilən "paralel hökumət"in xarici ölkələrdəki üzvlərinə qarşı əməliyyatlara start verilib. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Türkiyə Ədliyyə Nazirliyi xarici ölkələrdə hökumət əleyhinə aksiya keçirən 10 ədliyyə müşavirini işdən azad edib. 

İşdən azad edilən şəxslərin Türkiyənin xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərinin işçiləri olduğu bildirilir.

Həmin şəxslərin ABŞ, Almaniya, Hollandiya, Nyu-York, Cenevrə, Viyana, Brüssel, Starsburqda fəaliyyət döstərən Türkiyə səfirliklərində müxtəlif vəzifələrdə çalışıblar.

Vəzifədən azad edilən şəxslərin yerinə yeni işçilərin təyinatına başlanılıb.


Sizin Reklam Yeriniz