Əlaqə Arxiv
news Image
2014.05.31
19:16
| A A A
Kriminal aləmdə biabır olan şəxsi öldürdülər
Bu gün səhər saatlarında Rusiyanın paytaxtı Moskva şəhərində keçmiş "qanuni oğru" güllələnib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, hadisə Odintsov rayonunda qeydə alınıb. Rusiya daxili işlər orqanlarından "İnterfaks" agentliyinə bildirilib ki, öldürülən şəxs "Timoxa" ləqəbli Belarus vətəndaşı Aleksandır Tumaşenkodur.

Qeyd edək ki, "Timoxa" ləqəbli "qanuni oğru" bu ilin yanvar ayında kriminal aləmdə rüsvay olmuşdu. 

Belə ki, "Timoxa" Ryazan prospektində kafelərin birində polislərlə tərəfindən saxlanılmışdı. Onu narkotika qaçaqmalçılığında şübhəli bilib polis bölməsinə aparmışdılar. Bölmədə dindirilmə zamanı Aleksandır Tumaşenko kriminal aləmdə qəbul edilməyən hərəkət edərək, "qanuni oğru" olmadığı barədə izahat yazıb. Aleksandır Tumaşenko verdiyi ifadədə kriminal aləmlə əlaqəli olmadığını bildirib. O, bildirib ki, heç zaman "sxodka"da iştirak etməyib.

Bu əməl kriminal aləmə zidd olduğu üçün onu "qanuni oğru" titulundan məhrum ediblər. Daha sonra isə Aleksandır Tumaşenkonu hüquq-mühafizə orqanları ilə əlbir olmaqda ittiham ediblər. Ehtimal olunub ki, Aleksandır Tumaşenko polislərə işləyib. Buna sübut kimi onun iştirakçısı olduğu bir çox "sxotka"larda planlaşdırılan əməliyyatlarının alınmaması da göstərilib.

Qeyd edək ki, onun məhz kriminal aləmin əli ilə öldürüldüyü ehtimal edilir.
Sizin Reklam Yeriniz