Dənizdə güclü zəlzələ oldu
Meksikanın Sakit okean tərəfdəki cənub
sahillərində 6,2 maqnitudalı güclü zəlzələ baş
verib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, yeraltı təkanlar Tomatlan şəhərindən 259 kilometr cənub-qərbdə qeydə alınıb. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşir.
Zərər çəkənlər və dağıntılar barədə hələlik məlumat yoxdur.
Mayın 8-də də Meksikanın mərkəzi hissəsində güclü zəlzələ olmuşdu. ABŞ Geologiya xidməti zəlzələnin gücünün Rixter şkalası ilə 6,8 bal olduğunu bildirmişdi. Zəlzələnin episentri ölkə paytaxtı Mexikodan 306 kilometr cənub-qərbə düşmüşdü.