Əlaqə Arxiv
news Image
2014.06.01
11:04
| A A A
Skype-da yenilik
"Microsoft" korporasiyası "Skype" xidməti əsasında real vaxt rejimində danışığın tərcüməsi funksiyasını hazırlayır.Movqe.az Anspress-ə istinadən xəbər verir ki , bu haqda Kaliforniyada mətbuat konfransı zamanı jurnalistlərə şirkətin baş direktoru Satya Nadella deyib.

Funksiya Skype Translator adlanır və 2014-cü ilin sonunda "Windows 8" əməliyyat sisteminin beta-versiyasında istifadəçilərə əlçatan olacaq.

Microsoftun baş direktoru və "Skype"ın rəhbəri Qurdip Sinqx Pall konfrans zamanı xidmətin yeni imkanlarını nümayiş etdiriblər: Nadella alman dilində danışan Pall ilə ünsiyyət saxlayıb, Skype isə real vaxt rejimində danışığı alman dilindən ingilis dilinə tərcümə edib. Tərcüməçi hazırda 40 dil dəstəkləyir.
Sizin Reklam Yeriniz